Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” barədə ümumi məlumat

N.Yaqubov adına 120 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2019-ci il tarixdən fəaliyyətə başlayıb. Akademiyanın yaradılmasında əsas məqsədimiz şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq əsas hədəflərimizdəndir. “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılıb. Məsələn, humanitar bölməsində Azərbaycan dili, mütaliə sevərlər, hərbi vətənpərvərlik, tarix kafedraları mövcuddur. "Kiçik Akademiya"nın tərkibi aşağıdakı kimidir: Prezident - Əmirov Mehdi (9B) I vitse prezident – Quluzadə Kənan (9B) II vitse prezident – Ağazadə Natiq (10B) Kafedra rəhbərləri: Fizika kafedrası – Məmmədova Dilarə (9a) Coğrafiya kafedrası – Əliyeva Röya (8b) Riyaziyyat kafedrası – Əliyev Hüseyn (8a) Informatika kafedrası – Mirzəzadə Kamil (9b) Kimya\biologiya kafedrası – Əmirov Rəşad (6d) Ingilis dili kafedrası – Əhmədova Gülqayıt (7b)
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi