2023-2024-cü tədris ili üzrə "Kiçik Akademiya"nın iclası

Bu gün məktəbdə "Kiçik Akademiya"nın növbəti iclası keçirildi. "Kiçik Akademiya"nın rəhbəri Gülnaz Zeynalova və "Kiçik Akademiya"nın prezidenti 11-ci sinif şagirdi Heybətzadə Rəvan çıxış edərək "Kiçik Akademiya" üzvlərinə məlumat verdilər. "Kiçik Akademiya" üzvləri "Heydər Əliyev ili" ilə əlaqədar olaraq hazırlanmış "Heydər Əliyev parkları" adlı təqdimat nümayiş etdirdilər. Təqdimatda müxtəlif ərazilərdə yaradılmış parklar haqqında məlumat verildi. "Kiçik Akademiya"nın üzvlərinin yeni fikirləri və ideyaları dinlənildi. Məktəbin direktoru Nazilə Məmmədova səslənən fikirlərə münasibət bildirərək öz tövsiyələrini verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi