"KİÇİK AKADEMİYA"NIN İLK LAYİHƏSİ KEÇİRİLDİ / 2022-2023

10.10.2022 -ci il tarixində cari tədris ili üçün məktəbin "Kiçik Akademiya"nın ilk layihəsi keçirildi. Yaşıl layihə ("Təbiəti qoruyanlar") çərçivəsində ekoloji mövzuda "Kiçik Akademiya"nın üzvlərinin təqdimatları dinlənildi. Bu mövzuda məktəbin 8 Ç sinif şagirdləri Əliyev Güləli, Xalıqova Nailə çıxış edərək hazırladıqları təqdimatları səsləndirdilər. Daha sonra 8 B sinif şagirdi Heybətzadə Zivər alternativ enerji, 10 B sinif şagirdi Heybətzadə Rəvan füzyon enerji haqqında araşdırmalarını təqdim etdilər. Tədbirdə iştirak edən məktəbin direktoru Nazilə Məmmədova şagirdləri maraqlı çıxışlarına görə təbrik etdi və bu mövzuda onu narahat edən məsələlər haqqında fikirlərini bildirərək öz tövsiyələrini verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi