Yay-tədris tapşırığı üzrə imtahan keçirildi

    Məktəbimizdə “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar” əsasında yay-tədris tapşırığı üzrə imtahan keçirildi.

Tədris ili ərzində bəzi şagirdlərimiz müvafiq olaraq 1-dən 3-ə qədər fəndən “2” qiyməti aldıqları üçün onlara müvafiq olaraq yay-tədris tapşırıqları təqdim olunmuşdu. Bu tapşırıqlar həmin fənlərin müəyyən mövzularını əhatə edirdi və şagirdlərin biliklərindəki boşluqları aradan qaldırmağa yönəlmişdi.

    İmtahan zamanı şagirdlər müəllimlər qarşısında hazırlaşdıqları tapşırıqlar üzrə suallara cavab verdilər və bilik səviyyələri yoxlanıldı.

    Nəticələrə əsasən, şagirdlərin yuxarı sinfə keçirilməsi və ya təkrar sinifdə saxlanılması barədə pedaqoji şurada qərar qəbul ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi