Pedaqoji Şuranın ilk iclası keçirildi

Fəaliyyət Planına uyğun olaraq məktəbdə 2025-2026-cı tədris ili üçün Pedaqoji Şuranın ilk iclası keçirildi. İclası açıq elan edən məktəbin direktoru Nazilə Məmmədova yeni dərs ilinin başlanması ilə əlaqədar pedaqoji heyəti təbrik etdi və pedoqoji fəaliyyətə yeni başlamış müəllimlərlə kollektiv üzvlərini tanış etdi, onlara uğurlar arzuladı .Sonra gündəlikdə duran məsələlərlə bağlı çıxış edərək məktəbin keçən tədris ilindəki uğurlarından danışdı. Direktor yeni dərs ilində görüləcək işlər, prioritet məsələlər barədə fikirlərini həmkarları ilə bölüşdü .Xüsusi olaraq məktəbdə həyata keçirilən layihələrin fəaliyyətində daha yüksək nəticələrin əldə olunmasına toxunan direktor məktəb-şagird-valideyn əlaqələrinin də daha səmərəli şəkildə qurulmasının vacibliyini vurğuladı. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Fərid İbrahimli məruzə edərək tədris sahəsindəki yeniliklərlə kollektivi tanış etdi. Məktəbin şagirdlərlə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Dilarə Əliyeva yeni dərs ili üzrə təşkilati məsələlərə toxunaraq görülmüş işlər barədə məlumat verdi.İclasda keçən tədris ilində səmərəli fəaliyyəti ilə seçilən müəllimlər məktəbin direktoru Nazilə Məmmədova tərəfindən rəğbətləndirildi.