Tədris ili ilə bağlı müəllimlərlə müzakirə keçirilmişdir

Məktəbimizdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənn müəllimləri, həmçinin metodbirləşmə rəhbərlərinin iştirakı ilə 2023–2024-cü tədris ilinin yekunları və yeni tədris ili ilə bağlı müzakirə aparılmışdır.
Müzakirə təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən keçirilmişdir. Görüşdə cari məsələlər və 2024–2025-ci tədris ili üzrə buraxılış imtahanlarının nəticələri təhlil edilmiş, qiymətləndirilmiş və müvafiq təkliflər səsləndirilmişdir. Yeni tədris ili üçün hədəflər müəyyənləşdirilmiş, tədrisin keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılmışdır. Məqsədimiz: daha uğurlu nəticələr və şagirdlərimizin inkişafı üçün sistemli fəaliyyətin təmin olunmasıdır.