Valideynlərlə iclas keçirildi

Məktəbdə 2025-2026-cı tədris ilində 10-cu sinfə qəbul olmuş şagirdlərin valideynləri ilə iclas keçirildi. İclasda təlim-tərbiyə barədə bir sıra məsələlər müzakirə olundu. Məktəbin direktoru Nazilə Məmmədova şagirdlərin nizam-intizamı, dərsə davamiyyəti ilə bağlı söhbət apardı və səmərəli fəaliyyətin həyata keçirilməsi üçün birgə əməkdaşlığın vacibliyini vurğuladı. Daha sonra siniflər üzrə iclaslar davam etdirildi.