Məktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı Fransa Səfirliyin dəstəyi və Fransız Azərbaycan İnstitutunun təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsinin qalibi olub, hədiyyələrlə mükafatlandırılıb. Müsabiqənin mövzusu 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının simvolu olan "Frigiya"ya həsr olunmuşdur.
Gürcüstanda keçirilən Kyokşin Karate üzrə Beynəlxalq Qafqaz kuboku yarışında məktəbimizin VIII sinif şagirdi Rüfət Hacıyev erməniyə qalib gələrək birinci yerə çıxmışdır. Kubok, qızıl medal və diplomla təltif olunmuş şagirdimizi məktəb rəhbərliyi və pedaqoji kollektivi adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.