Gürcüstanda keçirilən Kyokşin Karate üzrə Beynəlxalq Qafqaz kuboku yarışında məktəbimizin VIII sinif şagirdi Rüfət Hacıyev erməniyə qalib gələrək birinci yerə çıxmışdır. Kubok, qızıl medal və diplomla təltif olunmuş şagirdimizi məktəb rəhbərliyi və pedaqoji kollektivi adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.
Məktəbin XI sinif şagirdi Şireliyev Riyad 2019 –cu il tarixində Koreya Səfirliyinin Taekvando üzrə Dünya Çempionluq Kupasında çıxışına görə III yerə layiq görülüb. Bu münasibət ilə məktəb rəhbərliyi, pedaqoji kollektiv adından təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.