Kövsər Qurban və İnci Qurban bacılarının uğuru

1 mart Bolqarıstanda yazın gəlişi "Baba Marta" bayramı ilə qarşılanır.

Məhz bu səbəblə və Azərbaycanda Novruzun gəlişi ilə Milli Azərbaycan Tarix Muzeyində muzeyin rəhbərliyi, Bolqarıstanın Sofiya Universitetinin nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin və Azərbaycan-Bolqarıstan İctimai Birliyinin dəstəyi və təşkilatçılığı ilə iki ölkənin Bahar bayramına həsr edilmiş “Yaz paralelləri”adlı tədbir keçirildi.

Məktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı və 1"a" sinif şagirdi İnci Qurban Orxan qızı bu tədbirə xüsusi qonaq qismində dəvət edildi. Şagirdlərimiz Bolqarıstan qızılgülünü əks etdirdikləri öz rəsm tabloları ilə Rəsm Sərgisində iştirak etdilər.

Kövsər və İnci Bolqarıstanın Azərbaycandakı Səlahiyyətli Naziri cənab Vladimir Bakardjiyev, Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri və Konsulluq Xidmətinin rəhbəri İsmegül Durmuş, Azərbaycan-Bolqarıstan İctimai Birliyinin sədri Mariya Atanasova və sədr müavini Diana xanım tərəfindən Beynəlxalq Sertifikatlarla və Azərbaycan Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı imzasıyla Muzeyin Sertifikatları ilə təltif olundular.

Tədbir çərçivəsində Milli Tarix Muzeyində H.Z.Tağıyevin möhtəşəm ev-muzeyini ziyarət isə qonaqlara böyük zövq verdi.

Kövsər və İncinin çəkdikləri rəsmlər daha sonra Bolqarıstanın Parlamentində və Sofiya Universitetində sərgiləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi