Məktəbin şagirdi Şükürova Sevinc Rəşad qızının uğuru

Xətai rayonunda Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 03.04.2024-cü il tarixdə Humanitar fənlər təmayüllü liseydə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Xətai rayon məktəbləri üzrə 17 şagird müsabiqədə qalib gələrək yekun turda iştirak ediblər. Sonra qalib olan şagirdlər inşalarını təqdim ediblər. Tədbirin sonunda qalib şagirdlərə diplomlar və hədiyyələr təqdim olunub.

Bu müsabiqədə məktəbimizi 10d sinif şagirdi Şükürova Sevinc Rəşad qızı “XIX əsr Azərbaycan mədəniyyəti” inşası ilə təmsil edib. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi