"Ölkəmizi tanıyaq" layihəsində uğurumuz
Azərbaycan Respubilkasının prezdenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin, rayonlarımızın tarixi, milli mədəni irsinin öyrənilməsi məqsədilə şagirdlərin ölkənin bir sıra rayonlarına tur aksiyalar təşkil edilir.Hər il Bakı məktəblərindən bir neçə şagird bu tur aksiyanın iştirakçısı olur. Bizim məktəbi bu ilki tur aksiyada XI sinif şagirdi Rüstəmli Həsən təmsil edirdi. Həsən turla bağlı təəssuratlarını bölüşərkən qey etdi ki, "Ölkəmizi taniyaq" aksiyanin bu ilki səfəri Nizami yurdu Gəncə şəhərinə idi. Çox xoşbəxtəm ki, lahiyəyə seçildim və təhsil aldığım Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəbi qürurla təmsil etdim. Noyabr ayının 18-i təntənəli surətdə Sabunçu rayon İcra hakimiyyətinin binasından yola salındıq. Gəncə şəhərinə çatdığımızda Gəncənin qonaqpərvər əhalisi və Gəncə şəhər İcra başçısı bizi Heydər Əliyev parkında olan tədbirdə çox səmimi və mehriban şəkildə qarşıladılar.
Turumuzun 2-ci günü "Xəmsə"si ilə məhşur Nizami Gəncəvinin məqbərəsi və möhkəmliyi, keçilməzliyi ilə tanınan Gəncə qala qapılarını gəzdik gördük çoxlu məlumatlar əldə etdik. Gəncənin qədimliyinin dərinliyini öyrənməyimiz üçün Gəncə tarix muzeyinə getdik və Gəncə şəhərinin yarandığı dövrdən bu günə kimi tarixi ilə tanış olduq.
Nəhayət səfərə başlamamışdan əvvəl böyük səbirsizliklə gözlədiyimiz Azərbaycan İntellektual Klublar Assosasiyasınının həyata keçirdiyi ölkəmizi tanıyaq lahiyəsinin şagirdləri arasında olan yarışda Sabunçu rayonunun şagirdləri 54 komanda arasından qalib olaraq bütün kubok və medalları heç kimə qoymayaraq qazandı. Mənim komandam da qalibler arasından 2 ci yerə layiq görüldü və bununla qürur duyuram və sevinirəm. Bizə yarışa hazırlanmağımızda kömək edən Azad müəllim və Ceyhun müellime dərin təşəkkürlərimi və minnətdarlığımı bildirirəm.
3-cü gün ölkəmizin dilbər guşəsi olan Göygöl rayonuna Göygölə getdik. Gölün təmizliyi, gözəlliyi saflığı məni valeh etdi və çox xoşbəxtəm ki, belə gözəlliklərə xalqım, millətim dövlətim sahib çıxır və qoruyur. Səfər haqqında çox danışa bilərəm danışmaq və yazmaqla bitməz. Buna görə də hər kəsə 11ci sinif sagirdi Rüstəmli Həsən olaraq təşəkkür edir və sagirdlərə tövsiyyə edirəm ki, dərslərində tədbirlərdə, yarışmalarda, olimpiyadalarda fəal iştirak etsin və bu lahiyəyə laiq olub gözəl guşələrimizi gəzib tanımağa haqq qazansınlar.