XI sinif Fərqlənmə attestatı paylandı

Bu tədris ilinin fərqlənənləri. İyunun 20-də 2024-2025-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə məktəb-liseyi yüksək nailiyyətlərlə bitirən XI sinif məzunlarına fərqlənmə attestatları təqdim olunub. Məktəbin direktoru Nəriman Məmmədzadə məzunları təbrik edərək onlara uğurlar arzulayıb.
Qeyd edək ki, bu tədris ilində 11-ci sinfi bitirən 60 məzundan 4-ü tam orta təhsili fərqlənmə attestatı ilə başa vurub.