Pedaqoji şura iclası

2025/2026-cı tədris ilinin ilk pedaqoji şura iclası keçirildi
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq məktəbdə ilk pedaqoji şura iclası baş tutdu. İclasda məktəb rəhbərliyi, müəllim heyəti və digər əməkdaşlar iştirak etdilər. Gündəlikdə yeni dərs ilində qarşıya qoyulan vəzifələr, tədris planında olan dəyişikliklər, müəllimlərin dərs bölgüsü, sinif rəhbərlərinin təyini, fənn aylıqları, metodbirləşmə rəhbərinin təyin edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin elmi, mənəvi və sosial inkişafının təmin olunması, həmçinin pedaqoji yeniliklərin tətbiqi ilə bağlı məsələlər müzakirə olundu. Məktəbin direktoru müəllim kollektivini yeni dərs ili münasibətilə təbrik edərək, fəaliyyətin əsas istiqamətlərini diqqətə çatdırdı. Müxtəlif fənn müəllimləri çıxış edərək öz fikir və təkliflərini bildirdilər. İclasın yekununda kollektiv qarşıya qoyulan vəzifələrin icrasında həmrəyliyin və əməkdaşlığın vacibliyi vurğulandı.
Yeni tədris ili hər kəs üçün üçün uğurlu olsun!!!