Tədris ilinin sonu

30.06.2025-ci il Tədris ilinin yekun iclası keçirildi. Məktəbin pedaqoji heyətinə 2025-2026- cı tədris ilinin dərs saatlarının təxmini bölgüsünün təsdiqi, təmayül siniflərin yaradılması, tədris planında olan dəyişikliklər, şəxsi iş və jurnalların cari vəziyyəti barədə məlumatlar verildi, mövcud çatışmazlıqlar və görülmüş işlər qeyd olundu. İclasın sonunda 2024-2025 - ci tədris ilinində Təhsilverənlərin Sertifikatlaşdırılması prosesinin test mərhələsində uğurlu nəticə əldə edən və Respublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə Qızıl medal qazanan 9B sinif şagirdi Atababayeva Leylanın valideyni Səadət Atababayeva məktəb rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif edildi. Müəllimlərə növbəti tədris ilində uğur diləndi!