RFO Mükafatlandırma

İyunun 24-də Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Namiq Babayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, nazirlik yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, təhsil ekspertləri, şagird və valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev olimpiada qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib, bu uğurların davamlı olacağına və əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına əminliyini ifadə edib.
Daha Sonra qaliblərin mükafatlandırma mərasimi başladı. Qaliblər sırasında məktəbimizin 9b sinif şagirdi Leyla Atababayeva Azərbaycan dili və ədəbiyyat fənni üzrə 24.000 çox şagirdin iştirak etdiyi olimpiyadada qalib olaraq qızıl medala sahib oldu. Bu münasibətlə həm Leylanı həm də ona bu nəticəni əldə etməkdə gecə gündüz dəstək olan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Süleymanova öz təşəkkürümüzü bildiririk.
Uğurlarınız daimi olsun.