Art terapi-psixoloji meditasiya

20.06.2025 tarixində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əkbərova Zəhranın təşkilatçılığı ilə məktəbin psixoloqu Bayramova Tükəzban və təsviri incəsənət müəllimi Pənahova Aybəniz müəllimlərdə emosional yanma sindromu ilə bağlı görüş keçirdilər. Görüş prosesində Art terapiya üzrə layihələrə rəhbərlik edən Aybəniz Pənahova müəllimlərlə mandala rəngləmənin faydaları haqqında, rənglərlə işləmənin insanın daxili dünyasının sakitliyini bərpa etməsinin və s.müsbət tərəfləri haqqında söhbətlər apardı. Psixoloq Bayramova Tükəzban isə müəllimlərdə özgüvən yaratmaq, müsbət xüsusiyyətləri üzə çıxarmaq məqsədilə "Pozitiv gül" texnikası və ruhun dincəlməsi, atressdən azad olmaları məqsədliə meditasiya keçirdi.