Siniflərdə Bullinq barədə söhbətlər aparıldı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Mənimlə danış " layihəsi əsasında tərtib edilmiş "Zorakılığa yox deyək " mövzusunda məktəb şagirdlərinə qarşı edilən zorakılıqların, təcavüzlərin , şagirdlərə qarşı yönələn hər bir neqativ halın qarşısını almaq məqsədilə siniflərdə söhbətlər aparıldı. Məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Quliyeva İlahə VI-VIII siniflərdə "Bullinq nədir və ondan necə qorunmaq olar?" mövzusunda müzakirələr etdi. Şagirdlər mövzu ilə bağlı maraqlı müzakirələr apardı və hətta özlərinin də nə vaxtsa kimlərsə tərəfindən bullinqə məuz qaldıqlarını anladılar. İlahə müəllimənin siz və ya dostunuz belə halla qarşılassa necə davranardınız sualına müxtəlif maraqlı cavablar verildi. Onlara izah edildi ki, belə bir halla rastaşdığınızda ilk öncə böyüklərə məlumat verməyiniz vacibdir.