Şəxsi gigiyena haqqında söhbətlər
Məktəbimizin tibb bacısı Mirzəyeva Zinyət 1- ci siniflərdə "Şəxsi gigiyena qaydalarına riayət etmək" mövzusunda maarifləndirici söhbətlər apardı.O, şagirdlərə dişlərin fırçalanma qaydasına riayət etməyin vacibliyini, gün ərzində iki dəfə fırçalamağın mütləq olduğunu, yad cisimlərin qulağa daxil etməyin təhlükəli olduğunu vurğuladı. O, tez-tez yuyunmaq, hər səhər saçları daramaq,yeməkdən əvvəl əl yumağın vacibliyini söylədi. Məktəbdə və evdə həm şəxsi, həm də sinfin təmizliyinə riayət etməyin vacibliyini bildirdi. Təmizliyə riayət edilməzsə hansı infeksion xəstəliklərə tutulma ehtimalını onlara izah etdi.