8"C" sinfində nümunəvi dərs keçirildi

              Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülər Aslanova 8”C” sinfində İmadəddin Nəsiminin "Ağrımaz"qəzəli mövzusu üzrə nümunəvi dərs keçirdi. Dərsdə bütün şagirdlər fəallıq göstərdilər. Müəllim düzgün qoyulmuş motivasiyanı araşdırandan sonra tədqiqat sualı verdi. Tədqiqat sualının nəticələri araşdırıldı. Şagirdlər 5 qrupa bölündülər: ”Yanaram”, ”Agrımaz”, ”Hardasan”, ”Neylərəm", "Sığmazam". Hər qrupa uyğun olaraq tapşırıqlar verildi. Qrup üzvləri onlara verilmiş tapşırıqları uğurla həyata keçirdilər. Ümumiləşmiş nəticə şagirdlər tərəfindən müzakirə olundu. Nəticə etibarilə qruplar aktivlik göstərərək müəllim tərəfindən qiymətləndirildi. Məktəbimizin direktoru Esmira müəllim nümunəvi dərsdə iştirak edərək şagirdlərin bilik səviyyəsi barədə rəyini bildirdi və öz məsləhətlərini verdi.

https://youtu.be/cbAvloog4iY

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi