"Rəngli dünya yaradaq" layihəsinin yekun sərgisi
Məktəbimizin təsviri incəsənət müəllimi Aybəniz Pənahovanın rəhbəri olduğu Təhsil Nazirliyinin III Qrant müsabiqəsində qalib olan “Rəngli dünya yaradaq” layihəsi çərçivəsində 4 gün ərzində keçirilən təlimlərdə Bakı şəhərinin 20 orta ümumitəhsil məktəblərindən 40 nəfər istedadlı şagird iştirak etdi. Ustad dərslərdə şagirdlərə ebru, akvarel, dekopaj, vitraj, qum sənəti, daş üzərində rəngkarlıq, akril texnikaları layihə rəhbəri Aybəniz Pənahova tərəfindən tədris edildi. Yekun sərgidə bütün şagirdlərin rəsm əsərləri geniş miqyasda sərgiləndi. Tədbirdə ustad rəssamlar Əlirza Əliyev, Salar Rafiq Məmmədov, Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Ayşəm Balayeva, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, 108 nömrəli tam orta məktəbin müəllimi Aynur Aslanova iştirak edərək, şagirdlərin işlərinə münasibət bildirdilər. Layihə rəhbəri A. Pənahova yaratdığı şəraitə görə Maştağa Mədəniyyət Evinin direktoru Tofiq Dadaşova xüsusi təşəkkür etdi. Sərgiyə baxışdan sonra şagirdlər hər nominasiya üzrə sertifikatlarla təltif olundular.
https://www.youtube.com/watch?v=35MIfI8JgnA
https://www.youtube.com/watch?v=HJOs12oBdsY
https://www.youtube.com/watch?time_continue=1&v=p9GdkYkZEqM
https://www.youtube.com/watch?time_continue=106&v=pTdWUiJSBgs
https://www.youtube.com/watch?v=hescr6Ccl0o
https://www.youtube.com/watch?time_continue=2&v=8nTgt52sWX8
https://www.youtube.com/watch?v=mP4cmphobQU