Zərərli vərdişlərlə mübarizə haqqında söhbətlər
31 Oktyabr tarixində məktəbimizin tibb bacısı Mirzəyeva Zinyət və psixoloqu Bayramova Tükəzban zərərli vərdişlərlə mübarizə məqsədilə 8-9 cu sinif şagirdləri ilə söhbətlər apardı.XXI əsrin ən qlobal problemlərindən olan və cəmiyyətdə "Ağ ölüm" adlandırılan narkomaniyanın insanın həyatını zəhərləməsi və mənəvi cəhətdən sarsıtması barədə məlumat verdilər..Şagirdin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə şagirdləri ətraflı başa saldılar.Tütünün insan sağlamlığına vurduğu zərərlərdən geniş bəhs olundu.