5-ci siniflərin diaqnostik imtahanı
26 oktyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi,problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi,məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə ümumtəhsil məktəblərində Azərbaycan dili (rus dili),Riyaziyyat və Xarici dil(əsas xarici dil) fənləri üzrə 5-ci siniflərin diaqnostik imtahanı həyata keçirilmişdir. Məktəbimizdən 84 şagird bu imtahanda iştirak etmişdir. İmtahana ayrılan vaxt 210 dəqiqə olmaqla 40 sualdan ibarət olmuşdur. İmtahan başa çatdıqdan sonra cavab kartları nəzarətçilər tərəfindən yığılaraq imtahan rəhbərinə təhvil verilmişdir.