"RƏNGLİ DÜNYA YARADAQ" layihəsinə start verildi
Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsində qalib olan “RƏNGLİ DÜNYA YARADAQ” layihəsi çərçivəsində keçiriləcək təlimlərə start verildi. Məktəbimizin təsviri incəsənət müəllimi Aybəniz Pənahovanın rəhbəri olduğu layihənin məqsədi istedadlı şagirdlərin təsviri incəsənətin müxtəlif texnikaları (vitraj, ebru, dekupaj, qum sənəti, akvarel, akril, daş üzərində rəngkarlıq) üzrə yaradıcı qabiliyyətlərini aşkar etməklə, onların qabiliyyətlərinin inkişaf etdirilməsi, aktivliklərinin artılıması, şagirdləri stimullaşdırmaqla ölkənin yaradıcı potensialının inkişaf etdirilməsinə dəstək verməkdir. Ustad dərslərdə ümumilikdə Bakı şəhəri üzrə 20 məktəbdən 40 nəfər istedadlı şagird iştirak edir. Layihə ərzində 4 gün ustad dərslərinin keçirilməsi nəzərdə tutulub. Təlimin 1ci günündə layihə rəhbəri 108 nömrəli məktəbin təsviri incəsənət müəllimi Aybəniz Pənahova şagirdlərlə ilkin diaqnostik qiymətləndirmə apardıqdan sonra EBRU (su üzərində rəsm) texnikası üzrə nəzəri məlumatlar və praktik nümunələr nümayiş etdirdi. Daha sonra şagirdlərin hər biri ebru texnikasının müxtəlif növlərində bir-birindən maraqlı əsərlər yaratdılar. Təlimin 2-ci günündə şagirdlərə akvarel və daş üzərində rəngkarlıq texnikasının incəlikləri layihə rəhbəri tərəfindən tədris edildi. 2 qrup üzrə iştirak edən 40 nəfər istedadlı şagird təlimdə hər 2 texnika üzrə bir-birindən maraqlı, zəngin koloritli, fərqli məzmunlu kompozisiyalar yaratdılar. Kağız və daş üzərində istifadə edilən boyalar və onlarla təsvir etmə qaydalarını öyrəndilər. Təlimin 3-cü günündə şagirdlərə akril və dekopaj, 4-cü günündə isə, vitraj və qum sənəti üzrə ustad dərsləri keçiriləcək. Təlimlər Nizami tədris mərkəzində keçirilir. Təlimlərdə Nizami tədris mərkəzinin Suraxanı filialının içraçı direktoru Şahbazov Müqəddəs, Nigar Qəhrəmanova, Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Ayşəm Balayeva, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, 255 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini İradə Zülfüqarova, Milli Azərbaycan Tarix Muzeyinin elmi işçisi Ləman Musayeva, 108 nömrəli məktəbin müəllimləri Aslanova Aynur, Aslanova Xəyalə iştirak etdilər.