"Tarix aylığı" çərçivəsində 108 nömrəli məktəbdə keçirilən tədbirlər

Bakı şəhər Təhsil İdarəsinin 2015-2016-cı tədris ilinin II yarımili üçün Fəaliyyət planının (nümunə 2) 1.16 -cı bəndinə uyğun olaraq fənn aylıqları çərçivəsində mart ayının 1-dən 31-dək məktəbdə "Tarix aylığı" elan olunmuşdur. Tərtib edilmiş tədbirlər planına uyğun olaraq məktəbdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:-Məktəbdə "Tarix aylığına " həsr olunmuş guşə və fotostendlər hazırlanmışdır.-"Tarix dünənimiz, bu günümüz, sabahımızdır" mövzusunda VI "B"sinif şagirdləri ilə dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada şagirdlər tarix fəninin əhəmiyyəti, tarixi faktlatrı, tarixi şəxsiyyətlərlə bağlı məlumatları müzakirə etmişlər.-Mart ayı ərzində "Tarix aylığı"na həsr olunmuş divar qəzetləri, bülletenlər hazırlanmışdır.-IX və XI sinif şagirdləri ilə "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda seminar təşkil olunmuşdur. Seminarda ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlər, onun xalqımız qarşısında misilsiz xidmətləri, siyasi fəaliyyəti müzakirə olunmuşdur.-"Tarix aylığı" ərzində məktəbimizin tarix müəllimləri Muradov Yusif Qarabağ tarixi fənnindən "Azərbaycanın işğal olunmuş rayonları"mövzusunda, Abbasova Aynur Azərbaycan tarixi fənnindən "Monqollar Azərbaycanda" mövzusunda açıq dərslər təşkil etmişlər."Tarix aylığı" ayın sonunda təşkil olunmuş "Tarix dünənimiz, bu günümüz, sabahımızdır" adlı tədbirlə yekunlaşdı. Tədbirdə şagirdlər vətənpərvərliklə bağlı şerlər söylədi, mahnılar ifa etdilər. Tariximizlə bağlı videoçarxlar nümayiş etdirildi. X sinif şagirdi Hüseynov Maqsun məktəbdə təşkil olunan bir çox tədbirlərdə fəal iştirak etdiyi kimi bu tədbirdə də Qarabağ döyüşləri vətənpərvərliklə bağlı öz müstəqil fikirlərini sinxron şəkildə bildirdi və bu məktəb kollektivi tərəfindən rəğbətlə qarşılandı, Maqsun Hüseynov məktəb rəhbərliyi tərəfindən tədbirlərdə fəal iştirakına görə mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi