VIII "B" sinfində Təsviri incəsənət fənnindən "Böyükağa Mirzəzadə: Füsunkar rənglər dünyası" mövzusunda açıq dərs

01.04.2016-cı il tarixində VIII "B" sinfində Təsviri incəsənət fənnindən "Böyükağa Mirzəzadə: Füsunkar rənglər dünyası" mövzusunda açıq dərs keçirildi. Dərs fəal interaktiv təlim metodlarına əsasən təşkil olunmuşdu. Şagirdlər dərs əsnasında xalq rəssamının həyatı, yaradıcılığı, əsərləri ilə ətraflı tanış oldular. Qruplarla ayrılan şagirdlər tədqiqat zamanı B. Mirzəzadənin əsərlərini təhlil edib, janr xüsusiyyətlərini, üslubunu impressionist rəssamlarla müqayisə etdilər. Eləcə də sulu boya, quaş, pastel, karandaş və digər texnikalardan istifadə edərək sərbəst rəsm işlərinin təqdimatında böyük fəallıq nümayiş etdirdilər. Dərsdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Rahilə Hüseynova, psixoloq Bayramova Tükəzban iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi