"Fövqəladə hallar zamanı nə etməli?" mövzusunda söhbət
15 oktyabr tarixində məktəbimizdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri inspektorlar Rauf Məmmədov, Samir Rzalı, Turqay Abbaslı və böyük inspektor Nail Məlikov 10-11-ci sinif şagirdləri ilə “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda görüş keçirmişdir.Nazirliyin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?” mövzularında çıxış edərək fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, yol qəzaları, partlayışlar və sairlə bağlı ətraflı məlumat vermişlər.