"31 mart azərbaycanlıların soyqırım günü" ilə bağlı açıq dərs keçirilib

"31 mart azərbaycanlıların soyqırımı günü" ilə bağlı VI "A" sinifində açıq dərs keçirilib. Dərs zamanı Abbasova Aynur müəllimə Azərbaycanlıların bu günə qədər məruz qaldığı zorakılıqlar, soyqırımlar barədə şagirdlərə məlumat verdi. O, qeyd etdi ki, Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılmışdır. Toqquşmanın başlanması üçün bəhanə H.Z.Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbiçinin gəlişi oldu. Ermənilər şaiyə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərkisilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali qarşı soyqırım başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən olduğu çox olduğu bildirilir. Təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı.Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın 965-i uşaq idi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi