Sağlam qidalanmaq
26 sentyabr tarixində məktəbimizin həkimi Alidə Əhmədova və tibb bacısı Zinyət Mirzəyeva 9 və 10-cu sinif şagirdləri ilə düzgün qidalanma haqqında söhbətlər apardılar.Onlar qeyd etdilər ki, düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Təsadüfi deyil ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir.Eyni zamanda həkim şagirdlər arasında sorğu keçirərək, onların qidalanma barədə nə dərəcədə bilikli olmalarını yoxladı və onlara bir sıra məlumatlar verdi.