"Yol hərəkəti əlifbası" mövzusunda sonuncu məşğələ

          25 sentyabr tarixində "Oriqami"  Uşaq və Yeniyetmələrin Reabilitasiya Mərkəzinin İctimai birliyinin təşəbbüsü ilə məktəbimizin 1"C" sinif şagirdlərinin iştirak etdiyi "Yol hərəkəti qaydalarının əlifbası" başlığında keçirilən  sonuncu məşğələ baş tutdu. Sinif rəhbəri Aynur Aslanovanın fəallığı nəticəsində şagirdlər yol hərəkəti qaydalarına düzgün riayət etdilər. Təşkilatın rəhbəri Namiq Nəcəfov və məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini Umxanım Qasımova çıxış edərək, şagirdlərin həvəslə iştirak etməsindən danışaraq, bu qaydaların mənimsənilməsinin şagirdlər və cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu vurğulamışlar. Məşğələnin sonunda Namiq müəllim tərəfindən şagirdlərə verilən hədiyyələr onların sevincinə səbəb olmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi