"Yol hərəkəti qaydalarının əlifbası" adlı məşğələ
19 sentyabr tarixində "Oriqami" Uşaq və Yeniyetmələrin Reabilitasiya Mərkəzinin İctimai birliyinin təşəbbüsü ilə 108 nömrəli tam orta məktəbin 1"C" sinif şagirdlərinin iştirak etdiyi "Yol hərəkəti qaydalarının əlifbası" başlığında keçirilən məşğələ maraqlı keçdi. Təşkilatın rəhbəri Namiq Nəcəfov, sinif rəhbəri Aynur Aslanova və 9 "C" sinfinin bir neçə şagirdləri tərəfindən nişanlanmış yol hərəkəti keçidləri, işıqforların 3 rəngindən istifadə edərək yol hərəkəti və hərəkət nişanları izah olunaraq,.müxtəlif yol hərəkət nişanları uşaqlara öyrədildi. Səhnələşdirilmiş formada keçirilən bu məşğələ uşaqların marağına səbəb oldu. Sinif rəhbəri Aynur Aslanovanın bacarığı, təşkilatçılığı və bu işə marağı təşkilat rəhbəri tərəfindən alqışlandı.