Məktəb kollektivi ilə birlikdə Novruz şənliyi keçirildi

18.03.2016 cı il tarixdəməktəbdə məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə Novruz şənliyi keçirildi.Şənlikdə qonaq qismində Maştağa qəsəbəsi H.Abbasov adına Mədəniyyyət evinin metodisti Salman Bağırov , M.S.Ordubadi adına kitabxananın müdiri Ramilə Hüseynova da iştirak edirdi.Tədbir iştirakçıları ilk öncə Baharın gəlişi ,Novruz bayramı münasibəti ilə hamını təbrik etdi. Onlar qeyd etdi ki, Novruz öz isti nəfəsi ilə elimizə obamıza qədəm qoyur, könüllərə sevinc,ocaqlara xeyir-bərəkət gətirir, hər tərəfi gül-çiçək ətri bürüyür.Odlar yurdu Azərbaycan atəşpərəsliklə bağlı zəngin adət ənənələrə malikdir. Bu baxımdan Novruz ruhun təzələnməsi rəmzidir.Şagirdlər Baharın gəlişini şeirlərlə də ifadə etdilər. Oğlanlar və qızların şən rəqsi tədbir iştirakşılarının könlünü oxşadı. Sonra XI sinif şagirdləri Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun "O olmasın , bu olsun " operettasından hazırladıqları bir səhnəcik göstərdilər, meyxana söylədilər. Daha sonra X sinif şagirdlərinin ifasında "Qaynana" kinofilmindən bir səhnəcik göstərildi. Kosa - keçəl və Bahar qızı da tədbirə gözəlli qataraq iştirakçıları vəqonaqları qədim Oğuz elinin sevilən bayramalarından olan Novruz bayramı münasibəti ilə təbrik etdilər. Çıxışlarının sonunda şagirdlər qeyd etdilər ki, inşallah gələn Novruzu qədim Oğuz elininbir parçasıolan Qarabaqğ torpağında qarşılayaq.Qoy bu Novruz bizim bütün şadlıqlarımızın başlanğıcı olsun. Sonda çıxış üçün söz məktəbin direktoru Narınc Mehtiyevaya verildi. O, ilk öncə bu tədbirin hazırlanmasında əməyi keçən hər kəsə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki mən çox sevinirəm ki məktəbimizdə belə istedadlı şagirdlər yetişir. Arzu edərdim ki ilbəil belə şagirdlərin sayı artsın.Sonra tədbir iştikaçılarını və qonaqları Novruz bayramı Münasibəti ilətəbrik etdi onlara uzun ömür ,can sağlığı,işlərindəmüvəffəqiyyətlər, bol ruzi arzuladı və arzu etdiki,inşallah gələn il Novruzu işğalaltında olan torpaqlarımızda qeyd edək .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi