İlaxır çərşənbələrdən sonuncusu -Torpaq çərşənbəsi qeyd edildi

15.03.2016-cı il tarixdə məktəbdə ilaxır çərşənbələrdən sonuncusu Torpaq çərşənbəsi qeyd edildi. VI "A" sinfinin hazırladığı tədbirdə şagirdlər qeyd etdilər ki,Novruz bayramının ən təntənəli mərasimləri çərşənbələr hesab olunur. Məhz buna görə də əhali həmin günləri xüsusi təntənə ilə qeyd edirlər.Lakin bu çərşənbələrin içərisində daha böyük mərasimlər hazırlanan çərşənbə sonuncu hesab olunan “Torpaq” çərşənbəsidir. Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir. Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Qoğal günəşin və istiliyin simvolu kimi stola gətirilir. Şəkərbura da kənarındakı və üzərindəki mənalara görə günəş şüalarını xatırladır, paxlava isə mərkəzinə qoyulmuş fındıqla mifik mənasını özündə əks etdirir. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Həmin gün hamı deyib, gülür və insanlar evlərində xoş sözlər danışırlar.Torpaq çərşənbəsi olduğu üçün artıq xalq əkin – biçinə başlamalı olur. Digər çərşənbələr sayılan Su, Od, Yel öz işlərini bitirmiş sayılırlar və Torpağa yer verirlər. Torpaq isə deyir səndən hərəkət məndən bərəkət. Şagirdlər şən musiqilər və rəqslər ifa etdilər. Sonda məktəbin direktoru N.Mehtiyeva çıxış edərək hamıya öz təşəkkürünü bildirdi və qarşıdan gələn Novruz bayramı münasibətilə hamını səmimi qəlbdən təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi