Məktəbdə xarici dildə şeir müsabiqəsi keçirildi

10.03.2016 cı il tarixində məktəbdə şagirdlər arasında xarici dildə şeir müsabiqəsi keçirilib. Şagirdlər ingilis, fransız, rus dilində şeirlər söylədi, səhnəciklər göstərdilər. Məktəbin direktoru Narınc Mehtiyeva münsiflər heyətində əyləşən digər müəllimlərlə birlikdə şagirdlərin hazırladığı şeirləri dinlədi, səhnəciklərə tamaşa edərək öz fikirlərini bildirdilər. Direktor öz çıxışında qeyd etdi ki, sevindirici haldır ki, bu gün məktəbdə xarici dilə olan maraq daha da artıb. Biz bunu bu gün bura yığışan uşaqların timsalında gördük, istərdik ki, bundan sonra da xarici dildə danışmaq istəyənlərin sayı daha da artsın. Şagirdlər arasında Quliyev Məhəmməd ( VIII sinif- ingilis dili ), Əliyeva Lalə ( IV sinif -ingilis dili ), Əliyeva Zəhra ( VII sinif -fransız dili) digər şagirdlərdən fərqlənərək təltifnamələrlə mükafatlandırıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi