"8 Mart - Beynəlxalq Qadınlar günü" münasibəti ilə tədbir keçirilib
Martın 7-də məktəbdə VII "A" sinif şagirdlərinin iştirakı ilə "8 Mart - Beynəlxalq Qadınlar günü" münasibəti ilə tədbir keçirildi.Tədbirdə şagirdlər müəllimlərini şeir, musiqi, rəqslərlə təbrik etdilər. Müəllimlər üçün hazırlanan videoçarx onlara əsl sürpriz oldu. Şagirdlər "Beynəlxalq Qadınlar günü" ilə bağlı məlumat verərək bildirdilər ki, 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə Kopenhagen sosialist qadınların 2-ci Beynəlxalq konfransında qərara alınıb. Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkələrin qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı. O vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Tədbir səhnəciklərlə davam etdi. Tədbirin sonunda Məktəbin direktoru Narınc Mehtiyeva çıxış edərək məktəbin bütün qadın kollektivini bayram münasibətilə təbrik etdi, onlara işlərində müvəffəqiyyətlər arzuladı.