Məktəbdə İlaxır çərşənbələrdən Yel çərşənbəsi qeyd edilib

07 mart 2016-cı il tarixində məktəbdə Novruza qədərki çərşənbələrdən üçüncüsü Yel çərşənbəsi qeyd edildi.II "D" və V "A" siniflərinin hazırladıqları tədbirdə şagirdlər Novruza qədərki çərşənbələr, Novruz bayramının adət ənənələrindən danışdılar. Qeyd etdilər ki, bu gün yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. Yel çərşənbəsində adətən hava təmizlənir. Yel çərşənbəsinə el arasında "küləkli çərşənbə”, "külək oyadan çərşənbə”, "yelli çərşənbə” də deyilir. Qədim deyimlərə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. İnsanlar yelin yəni küləyin insanlara xoş və şirin təəssuratlar gətirəcəyinə inanırlar. Şagirdlər Novruza aid şerlər, mahnıalar ifa etdi, rəqs etdilər. Tədbirin sonunda məktəbin direktoru N.Mehtiyeva çıxış edərək hamını çərşənbə münasibəti ilə təbrik etdi onalara xoş arzularını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi