“Qutabların hazırlanma texnologiyası ” mövzusunda fəal- praktik dərs nümunəsi
30.04.2019- cu il tarixində 9 “C” sinfində keçirilən texnologiya dərsində “Milli xəmir xörəklərinin hazırlanma texnologiyası. Qutablar ” mövzusu oldu. Texnologiya müəllimləri şagirdləri kiçik qruplara ayıraraq praktik iş yerinə yetirilməsini tapşırdılar. Belə ki, şagirdlər qutab növlərindən ən seviləni olan göyərti qutabını praktik olaraq həyata keçirdilər. Müxtəlif göyərtiləri doğrayıb içlik üçün hazırlayan qrup üzvləri, səliqə ilə yuxanın içinə qoyub, sacda bişirdilər.Hazırlanan qutabları yağlayıb, qatıq ilə birlikdə servis etdilər. Şagirdlər tədqiqat zamanı təhlükəsizlik və sanitar – gigiyena qaydalarına riayət etdilər. Fəal və uğurlu nəticə ilə yekunlaşan dərsdə müəllimlər- Pənahova Aybəniz və Əkbərova Təranə hər iki qrupu meyarlara əsasən yüksək qiymətləndirdilər.