Texnologiya dərsində şagirdlərin praktik bacarığı yoxlanıldı
12.04.2019 tarixində texnologiya fənnindən 5”b” sinfində fəal dərs nümunəsi keçirildi.Belə ki, qruplarla ayrılmış şagirdlər “Buterbrodların hazırlanması texnologiyası” mövzusunda praktik iş yerinə yetirdilər.Müəllim Pənahova Aybəniz tərəfindən mövzu izah edildikdən sonra ,qruplara tədqiqat işləri tapşırılıb.Buterbrodların müxtəlif növlərini- açıq, qapalı, kanape və s.hazırlayan şagirdlər verilən vaxt ərzində praktik işin öhdəsindən uğurla gəliblər.Qrup liderləri hazırladıqları buterbrod nümunələrini təqdim ediblər.Müzakirə zamanı qrup üzvləri bir-birinin işlərinə rəy bildirərək, suallar veriblər.Müəllim sonra tədqiqat sualına əsasən mövzu üzrə yekun nəticə çıxarıb.Şagirdlər göstərdikləri fəallıq, yemək hazırlamaq bacarığı və digər meyarlara əsasən qiymətləndiriliblər.