Şagirdlərimiz "Narkomaniyaya yox deyək" adlı rəsm müsabiqəsinə qatıldı

Məktəbimizin xüsusi qabiliyyətə malik olan istedadlı şagirdləri növbəti rəsm müsabiqəsinə qatılıb.Belə ki, Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin təşəbbüsü ilə təşkil edilən "Narkomaniyaya yox deyək" adlı rəsm müsabiqəsinə qatılıblar. 10 "a" sinif şagirdi Əliyeva Nuranə, 9 "a" sinif şagirdləri Fəttahova Aytən və Muradova Sevinc Əsrin bəlası olan narkomaniyanın fəsadlarını, insan həyatını necə məhv etdiyini müxtəlif kompozisiyalar şəklində təsvir etmişlər.
Şagirdlərimizə yaradıcılıq uğurları arzulayırıq!