31 Mart Soyqırımı günü yad edildi

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Bu gün məktəbimizdə də müxtəlif fənn müəllimləri 31 Mart Soyqırımı ilə bağlı şagirdlərlə söhbətlər aparıb onları məlumatlandırdılar.Mart Soyqırımına aid filmlər,slaydlar,videolar nümayiş etdirildi.Şagirdlər soyqırım ilə bağlı şeirlər səsləndirdilər.