Yurdumuza bahar gəlir - rəsm sərgisində uğurumuz

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi "Yurdumuza bahar gəlir" adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib. Müsabiqənin yekun sərgisində 17 yaşa qədər 700 yaxın uşaq 1800-dən çox işi ilə müraciət etmiş və 12 yaşa qədər 140 uşaq 150 işi ,həmçinin 12-17 yaş arası 130-ə yaxın uşaq 140-a qədər işi ilə iştirak edib. Müsabiqədə Babayeva Şəms (XI b) , Quluzadə Fatimə (lX c ) , Muradova Sevinc (IXa ) , Məmmədova Şəhanə (VIIIa) , Məlikova Zeynəb (VIII b), Yusifova Nigar (VIII b), Əsgərli Nicat (VII a) bahar mövzusunda təsvir etdikləri rəsm əsərləri ilə iştirak edərək, diplomla təltif ediliblər. Bundan başqa, istedadlı şagirdlərimizin rəsm müsabiqələrində davamlı olaraq fəal iştirak etdiklərinə görə məktəbimizə də TƏŞƏKKÜRNAMƏ təqdim edildi. Sərgidə məktəbin direktoru Esmira xanim Məmmədova ve təsviri incəsənət müəllimi Aybəniz Pənahova da iştirak ediblər.