Məktəbdə Xocalı soyqırımının xatirəsinə "Xocalısız 24 il" adlı tədbir keçirilib

26.02.2016-cı il tarixində III "Ç" və IX "A" sinif şagirdləri Xocalı soyqrımına həsr olunmuş “XOCALISIZ 24 il” adlı tədbirlə çıxış etmişdirlər. Tədbir kiçik rəssamın Xocalıdakı baş vermiş hadisələri fırçası vasitəsilə təsvir etməsi ilə başladı. Tədbir üçüncülərin kiçik səhnəcikləri və şeirləri ilə davam etdi. Şagirdlər erməni vəhşiliklərinin hədd tanımadığını, amansızlıqla törətdikləri işgəncələrdən həzz aldıqlarını öz çıxışları ilə dinləyənlərə çatdırmaq istədilər. Deyilən hər bir söz törədilən vəhşilikləri göz önündə canlandırırdı. Tədbirin bədii hissəsi şagirdlərin soyqırım qurbanlarının ruhuna xitabən hazırlandıqları videonun təqdimatı ilə yekunlaşdı. Keçirilmiş tədbir şagirdlərin vətənpərvərlik ruhunun inkişaf etdirilməsinə, onlarda vətənə sevgi hissinin aşılanmasına, tariximizi – qan yaddaşımızı unutmamağa, yaşatmağa və gələcək nəsillərə ötürməyə xidmət edir. Tədbirdə məktəb rəhbərliyi, Maştağa qəsəbə H.Abbasov adına Mədəniyyət evinin rəhbərliyi və nümayəndələri, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir. Mədəniyyət evinin nümayəndələri uşaqların çıxışından təsirlənərək seçilmiş 7 nəfər şagirdin 10 nömrəli musiqi məktəbində iştirakını təmin etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi