Birincilərin Novruz şənliyi

Məktəbin 1 a sinif şagirdləri Novruz şənliyini keçirdilər. Sinif rəhbəri Qulamova Nisəxanım müəllimin şagirdləri ilə təşkil etdiyi bayram şənliyi möhtəşəm oldu. Şagirdlərin hazırladıqları şeirlər, rəqslər, yumoristik əyləncəli səhnəciklər valideyn və müəllimləri heyran qoydu. Əlavə olaraq şənliyə Kosa və Keçəlin gəlişi xüsusi bayram ab-havası yaratdı, Kosa və Keçəlin şən zarafatları, əyləncəli, məzəli söhbətləri əsl bayram oldu. Yumoristik səhnəciklər Novruz bayramının gözəlliyinə gözəllik qatdı.

Sonda sinif rəhbəri Nisəxanım müəllimin bayram təbriki oldu.

Əziz birincilər bayramınız mübarək.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi