Olimpia stadionuna ekskursiya

Bakı Olimpiya Stadionu 69.870 tamaşaçı tutumlu UEFA, FİFA və İAAF-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Azərbaycandakı ən böyük stadiondur.

650.000 kv. m-lik ərazinin 225.000 kv m-lik hissəsinin tikinti işləri Fevral, 2015-də tamamlanmışdır. 6 mərtəbəli və 65.7 metr hündürlüyündə olan stadion Baki şəhəri ərazisində Böyükşor Gölünün yanında salınmışdır və 6 mart, 2015-ci ildə istifadəyə hazır vəziyyətə gətirilmişdir. Stadionun əsas icarəçisi Azərbaycan Milli Futbol Komandası. Stadion İyun, 2015-də baş tutan Bakı-2015 birinci Avropa Oyunlarının  əsas idman məkanı kimi istifadə edilmişdir və eyni tədbirin açılış və bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi etmişdir. 

olimpia Stadionuna keçirilən ekskursiyada məktəbimizin VII, VIII, IX cu sinif şagirdləri iştirak etmişdir. Olimpia stadionu haqqında məlumatlar verildi və şagirdlərimizin maraqlandırdığı suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi