“Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihəsində uğurumuz

28.02.2019-cu il tarixdə Maştağa qəsəbəsi C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirilmişdir. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) ixtisaslaşmış müşaviri Lamiyə Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, Maştağa qəsəbəsinin tam orta məktəblərinin direktorları, müəllimlər, məktəblilər və valideynlər iştirak edirdilər. Tədbir ilk olaraq məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərləri və divar qəzetlərinə baxış ilə başlandı. Daha sonra məktəblilərin gender əsaslı zorakılıq mövzusu ətrafında hazırladıqları videoçarx və səhnəcikləri nümayiş olundu. Tədbirdə məktəbimizin VII-XI sinif şagirdlərinin gender bərabərliyinə həsr etdikləri rəsm əsərləri, divar qəzeti nümayiş olunurdu. Tədbir məktəbimizin təsviri incəsənət müəllimi Pənahova Aybənizin gender bərabərliyi mövzsunda hazırlaladığı videoçarxla başladı. Sonda "Gender zorakılığı-cəmiyyətimizin faciəsi" adlı layihədə XI b sinif şagirdi Babayeva Şəms təsvir etdiyi maraqlı rəsmlərinə görə Sabunçu Rayon Gənclər vı İdman İdarəsi tərəfindən diplomla təltif edildi.