Dərslər Xocalı faciəsinə həsr edildi
Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı məktəbdə ilk dərs saatları və tarix dərsləri Xocalı faciəsinə həsr edildi. Tarix müəllimləri Abbasova Aynur və Rzayev Əhəd tarix dərslərini bütünlükdə Xocalı faciəsinə həsr etdilər. Keçirilən dərslər zamanı faciə barəsində şagirdlərə geniş məlumat verildi, müəyyən videoçarxar nümayiş etdirildi. Mənfur ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım siyasəti pislənildi.