"Ana dilimiz mənəvi zənginliyimizdir" mövzusunda şeir müsabiqəsi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən "Azərbaycan dili mənəvi zənginliyimizdir" mövzusunda VI -X sinif şagirdlər arasında şeir müsabiqəsinin məktəb mərhələsi keçirildi. Müsabiqədə şagirdlər şairlərimizin dilimizi vəsf etdiyi Azərbaycan dilinə həsr edilən şeirlər söylədilər. Münsiflər heyəti olan müəllimlər şagirdlərin ifalarını dinlədi, bəyənilən ifalar ümumi rəy nəticəsində müəyyənləşəcək.