Gənc rəssamlarımızın "Şəhid şəhər " rəsm müsabiqəsində uğuru
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımına həsr olunmuş “ŞƏHİD ŞƏHƏR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi 21 fevral 2019-cu il saat 16:00-da Xətai Sənət Mərkəzində açıldı. Tədbiri açan Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirdi ki, sərgilən rəsmlər uşaqların bu hadisənin mahiyyətini nə dərəcədə anlamasından və əsərlərində ifadə etmələrindən danışdı. Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək Xocalı faciəsini xalqımıza qarşı XX əsrdə törədilən ən böyük soyqırım olduğunu bildirdi. Əməkdar rəssam Rafael Muradov bütün uşaqlara sülh arzuladı. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev uşaqlara tarixi unutdurmamaq və vətənpərvərlik hisslərinin aşılanmasındakı xidmətlərinə görə uşaqların valideyn və müəllimlərinə təşəkkür etdi.
Rəsm müsabiqəsində iştirak edərək uğur əldə edən 6 şagirdimiz - Nuriyeva Aysel (VIIIa), Muradova Sevinc (IXa), Rüstəmli Fidan (VII b), Məmmədova Könül (VII b), Quliyev Revan (VII b), Əsgərli Nicat (VII a) diplomla təltif edildilər. Məktəb direktoru Məmmədova Esmira xanım şagirdlərimizi təbrik edərək onların uğurunu yüksək qiymətləndirdi. Qeyd etmək lazımdır ki, müsabiqədə 400-ə qədər uşaq 600-ə yaxın işi ilə qatılmış və münsiflər heyəti tərəfindən 115 uşağın 130 işi o cümlədən, əməkdar rəssam Rafayel Muradovun Xocalı faciəsinə həsr olunmuş əsərləri nümayiş olundu.