Məktəbdə "Milli mənəvi dəyərlərimizə, milli təfəkkürümüzə yad olan təzahürlərə yox deyək" mövzusunda debat- tədbir
24.02.2016-cı il tarixində məktəbdə VII-X siniflər arasında məktəbin psixoloqu Tükəzban Bayramovanın təşkilatçılığı ilə "Milli mənəvi dəyərlərimizə, milli təfəkkürümüzə yad olan təzahürlərə yox deyək" mövzusunda debat- tədbir keçirildi. Tədbir Azərbaycanın milli mənəvi dəyərlərindən sayılan Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. "Tariximiz, milliliyimiz, dəyərlərimiz " adlı slayd təqdim olundu, ümummilli lider Heydər Əliyevin ana dilimizlə bağlı fikirləri dinlənildi. Şagirdlər milli dövlət rəmzləri, ana dilimiz, dinimiz, tariximiz, təhsilimiz, incəsənətimiz, milli musiqimiz, adət ənənələrimiz, milli idman oyunlarımız, ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri təcavüzlər haqda, gənclər və milli tərbiyə haqda müzakirələr etdilər. Ana dilimizin yad təzahürlərdən qorunub saxlanılmasına həsr edilən səhnəcik göstərildi. Uşaqlar milliliyimizi əks etdirən Azərbaycan milli rəqslərindən ifa etdilər. Tədbirin sonunda çıxış edən Təlim tərbiyə işləri üzrə direktor müavini Umxanım Qasımova çıxış edərək şagirdlərə öz minnətdarlığını bildirdi. O, çıxışında qeyd etdi ki, hər kəs milli mənəvi dəyərlərə hörmət etməli, onu yad ünsürlərin təsirindən qorumalıdır.