Valideynin məktəbdə bir günü
Müasir məktəb şəxsiyyətin yalnız formaltəhsil alması üçün deyil, həm də hərtərəfli inkişaf etməsi üçün yaradılmış mühitdir. Valideynlər övladlarının təhsilində öz rollarını dərk edib_etməməsindən asılı olmayaraq mühüm rol oynayırlar. Valideynlərin əksəriyyəti övladlarının təlim, təhsil və inkişafında yardımçı olmaq istəsə də bunun necə etməli olduqlarını bilmir. Bu səbəblə təşkilati və metodiki dəstək valideyn və məktəb heyəti üçün əsasdır. Valideyn-məktəb əməkdaşlığı və bi-birini qarşılıqlı olaraq dəstəkləməsi şagirdin inkişafı üçün əlverişli psixoloji mühitin yaradılmasının əsas şərtidir.
Sabunçu rayon üzrə məktəbimizdə *Valideynin məktəbdə bir günü* layihəsi keçirildi. Valideynlər məktəbə gələrək həm məktəblə tanışlıq, həm dərsin gedişatı, həm də şagirdlərin məktəbdə davranışı və dərs keyfiyyəti ilə maraqlanaraq müəllimlərlə söhbətlər etdilər.